REGİONLAR


Şahmat üzrə muxtar respublika birinciliyinə start verilib

Naxçıvan, 11 oktyabr, AZƏRTAC

Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda muxtar respublika birinciliyinə start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayonların, ümumilikdə, 8 komandası mübarizə aparır.

Birinciliyin reqlamentinə əsasən hər komandanın heyətində 4 oğlan və 2 qız şahmatçı iştirak edir. Oğlanlar 8, 10, 12 və 14 yaş, qızlar isə 10 və 14 yaş qruplarında ağ-qara taxtada kimin güclü olduğunu nümayiş etdirməyə çalışırlar. Xal hesablamalarına gəlincə, hər qələbəyə 2, heç-heçəyə isə 1 xal veriləcək. Sonda hər hansı komandanın xal hesabları bərabər olarsa, o zaman fərdi yarışlarda qazanılan xallar hesablanacaq.

Qeyd edək ki, birinciliyə oktyabrın 12-də yekun vurulacaq və qalib komandalar federasiya tərəfindən diplom və kubokla mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.