İDMAN


Şahmat üzrə onlayn Paralimpiadada yığmamız Qazaxıstan komandası ilə mübarizə aparır

Bakı, 25 noyabr, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə keçirilən onlayn Paralimpiadanın 5-ci turunun oyunları start götürüb.

AZƏRTAC xəbər verir ki, 5-ci turda Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayevadan ibarət Azərbaycan yığması Qazaxıstan komandası ilə mübarizəyə başlayıb. Ötən turların yekunlarına əsasən, komandamız 4 xalla 26-cı sırada qərarlaşıb.

Əvvəlki turlarda şahmatçılarımız Monqolustan və Kosta-Rika təmsilçiləri üzərində qələbə qazanıb, Hindistan və Çili yığmalarına məğlub olublar.

Yeddi turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.