İDMAN


Şahmat üzrə xatirə turnirində üç turun oyunları keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Mərhum gənclər və idman naziri, ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş respublika şahmat turniri davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin üç turunun oyunlarının nəticəsinə görə, Şəki şahmatçısı Süleyman Süleymanlı (U-16), Bakı şahmat məktəbinin yetirmələri Kamal İsfəndiyarlı (U-14), Cahandar Azadəliyev (U-12), Suat İbrahimli (U-10) öz yaş qruplarında birinci yerdə mübarizəni davam etdirirlər.

Yeddi turdan ibarət olacaq turnirin reytinq favoriti Süleyman Süleymanlıdır. 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən yarış oktyabrın 15-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.