REGİONLAR


Şahmata həsr olunmuş kitabların təqdimatı keçirilib

Naxçıvan, 28 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan şahmat diyarıdır”, Mixal Krasenkovun “Şahmat incilərini tapmaq” və “Həvəskardan ustaya qədər” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək, son illər muxtar respublikada şahmat hərəkatının geniş vüsət aldığını vurğulayıb. Bildirib ki, ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün xüsusi siniflər ayrılıb və şahmat müəllimlərinin növbəti sertifikasiya imtahanı keçirilib. Şahmatın tədrisi səviyyəsinin yüksəldilməsi təkcə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə məhdudlaşmır. Eyni zamanda, ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlarla təmin olunması da diqqətdə saxlanılır. Şahmat Federasiyası tərəfindən şahmatın əsaslarının şagirdlərə öyrədilməsində müəllimlərə yaxın köməkçi olan kitablar nəşr olunaraq, ümumtəhsil məktəblərinə verilib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev vurğulayıb ki, son dövrlərdə federasiya tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən 3 kitab hazırlanıb. “Naxçıvan şahmat diyarıdır”, Mixal Krasenkovun “Şahmat incilərini tapmaq” kitabı tərcümə olunub və “Həvəskardan ustaya qədər” kitabları nəşr olunaraq oxuculara təqdim edilib. “Naxçıvan şahmat diyarıdır” kitabı 2 dildə, Azərbaycan və İngilis dillərində hazırlanıb, Naxçıvanda şahmata olan diqqət və qayğını özündə əks etdirib. Bu kitab daha çox xarici şahmatçılar və qonaqlar üçün nəzərdə tutulub, Naxçıvan şahmat hərəkatını tanımaq məqsədi daşıyır. “Şahmat incilərini tapmaq” kitabında çox yaxşı məsələlər var və fərqli üslubda verilib. “Həvəskardan ustaya qədər” kitabı isə bizlər üçün daha üstündür. Çünki federasiyanın öz müəllimi tərəfində hazırlanıb və çox dəyərlidir.

Daha sonra kitabın müəllifi olan Talıb Babayev və Kəngərli Rayon Şahmat Məktəbinin direktoru Əli Hüseynzadə kitabın əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.