REGİONLAR
Şahmatçılar “Şəhidlər ölməz Vətən bölünməz” devizi altında yoldaşlıq görüşü keçirəcəklər
Naxçıvan, 15 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək rayon Bölməsi, rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Şahmat Məktəbi, həmçinin Yevlax şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbi və İzmir Deha Satranc Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz Vətən bölünməz” devizi altında 12 komanda arasında yoldaşlıq görüşü keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yanvarın 16-da saat 18:00-da Lichess.org platforması vasitəsilə keçiriləcək görüşdə 16 yaş qrupundan, 144 müxtəlif dərəcəli şahmatçı şagirdin iştirakı nəzərdə tutulub.
Yoldaşlıq görüşünün nəticələri Naxçıvan Şahmat Federasiyasının və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytlarında elan ediləcək.