İDMAN
Şahmatçılarımız “Aeroflot open” beynəlxalq festivalının liderlər qrupunda mübarizəni davam etdirirlər
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının beşinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, beş turda 4,5 xal toplayan şahmatçımız Rauf Məmmədov (A turniri) turnir cədvəlinin şəksiz lideridir. Digər təmsilçimiz Məhəmməd Muradlı (B turniri) isə 4,5 xalla 1-2-ci yerləri bölüşür.
Ümumi nəticəyə görə, A turnirində digər şahmatçılarımız - Aydın Süleymanlı, Vasif Durarbəyli və Vüqar Əsədli hərəyə 3 xal, Abdulla Qədimbəyli 2 xal qazanıblar. B turnirində isə Elvin Bayramov 2 xal, Read Səmədov 1,5 xal toplayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]