İDMAN


Şahmatçılarımız Avropa birinciliyində mübarizəni davam etdirir

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan şahmatçılarının da mübarizə apardıqları onlayn Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, 6 turdan sonra 18 yaşlı qızlar arasında şahmatçımız Gövhər Beydullayeva 5 xalla 3-cü yerdə qərarlaşıb. On iki yaşlı şahmatçılar arasında isə Cahandar Azadəliyev eyni xalla 3-4-cü yerləri bölüşür.

Qeyd edək ki, qitə birinciliyində 12, 14, 16 və 18 yaşadək şahmatçılar yarışırlar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.