İDMAN


Şahmatçılarımız Avropa birinciliyinin sonuncu turunda mübarizə aparırlar

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan şahmatçıları Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa birinciliyinin sonuncu turunda mübarizə aparırlar.

AZƏRTAC xəbər verir ki, çempionatda müxtəlif yaş kateqoriyaları üzrə yarışlarda şahmatçılarımızdan Dinarə Hüseynova (7 xal, 2-ci yer), Səadət Bəşirli (6,5 xal, 3-cü yer), Ayan Allahverdiyeva (6,5 xal, 2-ci yer), Cahandar Azadəliyev (7 xal, 2-ci yer) və Yusif Kərimli (6,5 xal, 3-cü yer) liderlər qrupunda mübarizəni davam etdirirlər.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.