İDMAN


Şahmatçılarımız Barselonada keçirilən beynəlxalq turnirdə mübarizə aparırlar

Bakı, 2 dekabr, AZƏRTAC

İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri liderlər qrupunda mübarizə aparırlar.

AZƏRTAC xəbər verir ki, ikinci turda şahmatçılarımızdan Eltac Səfərli İslandiya təmsilçisi Gudmundur Kjartanssonu, Aydın Süleymanlı yerli şahmatçı Ramos Daniel Garcianı, Məhəmməd Muradlı isə Niderland təmsilçisi Lars Ootesi məğlub edib. Aktivlərində iki xal olan şahmatçılarımız liderlər sırasında qərarlaşıblar.

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.