İDMAN


Şahmatçılarımız “Champions Chess Tour”da ilk qələbələrini qazanıblar

Bakı, 29 sentyabr, AZƏRTAC

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Dördüncü turda Ş.Məmmədyarov fransalı Maksim Vaşe-Laqrava, T.Rəcəbov polşalı Yan-Kşiştov Dudaya 2,5:1,5 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, şahmatçılarımız bundan əvvəlki 3 turda məğlub olublar.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.