İDMAN


Şahmatçılarımız Dağıstanda Əziz Əliyevin xatirə turnirində

Bakı, 8 dekabr, AZƏRTAC

Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan uşaqlar arasında şahmat turnirinə start verilib.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) AZƏRTAC-a bildiriblər ki, yarışdan əvvəl qonaqlar və təşkilatçılar Mahaçqalada yerləşən Əziz Əliyevin abidəsini ziyarət edərək görkəmli dövlət xadiminin xatirəsini anıblar.

Sonra yarışın açılış mərasimində AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, FIDE-nin sabiq rəhbəri Kirsan İlyumjinov və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimdə çıxış edənlər görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin həyat yolundan və tarixi xidmətlərindən danışıblar.

Qeyd edək ki, şahmat turnirində ölkəmizi Azərbaycan çempionu, yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Azərbaycan çempionu Şəmsi Qaraxanov və Atilla Orman təmsil edəcəklər.

Turnir dekabrın 9-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.