İDMAN


Şahmatçılarımız Dağıstanda xatirə turnirində birinci yeri tutublar

Bakı, 9 dekabr, AZƏRTAC

Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan uşaqlar arasında şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, dairəvi sistem üzrə keçirilən və doqquz turdan ibarət olan yarışda ölkəmizi Azərbaycan çempionu, yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Azərbaycan çempionu Şəmsi Qaraxanov və Atilla Orman təmsil ediblər.

Yekun nəticələrə görə, Azərbaycan komandası ən yüksək nəticəyə imza ataraq birinci yerə layiq görülüb. “Dağıstan 1” yığması ikinci, Stavropol şahmatçıları üçüncü yerə layiq görülüblər.

Bundan əlavə, şəxsi hesabda Nərmin Abdinova, Atilla Orman öz taxtalarında birinci, Xaqan Əhməd, Şəmsi Qaraxanov isə ikinci yerə sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.