İDMAN


Şahmatçılarımız Daşkənddə beynəlxalq turnirdə çıxış edəcəklər

Bakı, 12 may, AZƏRTAC

Sabah Daşkənddə şahmat üzrə beynəlxalq turnir start götürür.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi Vüqar Əsədli, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Vüqar Manafov və Şahin Vəliyev təmsil edəcəklər.

İsveçrə sistemi üzrə keçiriləcək və doqquz turdan ibarət olacaq turnir iki gün davam edəcək.

Yarışda 46 şahmatçı iştirak edəcək ki, onlardan da 16-sı qrosmeysterlərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.