İDMAN


Şahmatçılarımız “FIDE Grand Swiss 2019” turnirinin beşinci turunda mübarizə aparacaqlar

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin beşinci turu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, şahmatçılarımızın üçü Rusiya təmsilçiləri ilə mübarizə aparacaq. Rauf Məmmədov Peter Svidler, Eltac Səfərli Maksim Çigaev, Vasif Durarbəyli Anton Demçenko ilə gücünü sınayacaq. Nicat Abbasov isə fransalı Etienne Bacrotla qarşılaşacaq.

Qeyd edək ki, dörd turun nəticəsinə görə R.Məmmədov, N.Abbasov hərəyə 2,5 xal qazanıblar. E.Səfərli və V.Durarbəylinin isə 2 xalı var.

İddiaçılar turnirinə vəsiqə verəcək yarış oktyabrın 21-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.