İDMAN


Şahmatçılarımız “Masters” turnirində çıxışlarını davam etdirirlər

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan şahmatçıları ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində keçirilən “Masters” turnirində iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Şahəli İsmayılov üç turun nəticəsinə görə liderdən cəmi yarım xal geri qalır (2,5 xal). Digər şahmatçımız Alperi Kanlı isə bir xal toplayıb. Turnirdə 24-ü qrossmeyster olmaqla, 150-dən çox şahmatçı mübarizə aparır.

Yarış doqquz turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.