İDMAN


Şahmatçılarımız “Masters” turnirində növbəti oyunlarını keçirəcəklər

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Cəbəllütariqdə keçirilən beynəlxalq şahmat festivalının “Masters” turnirinin beşinci turunun oyunlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti partiyanı argentinalı Fernando Peraltaya qarşı keçirəcək. Komandamızın digər üzvü Vasif Durarbəylinin rəqibi isə çinli idmançı Hao Yanq olacaq. Dörd turdan sonra V.Durarbəyli 3,5, Ş.Məmmədyarov isə 3 xal toplayıb.

“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.