İDMAN


Şahmatçılarımız “Masters” turnirinin növbəti turunu qələbə ilə başa vurublar

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 27-də Cəbəllütariqdə təşkil olunmuş beynəlxalq şahmat festivalının "Masters" turnirinin yeddinci turunu şahmatçılarımız qələbə ilə başa vurublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ukraynalı Anna Muzıçuk, Vasif Durarbəyli Argentina təmsilçisi Ernesto Real De Azuaya qalib gəliblər.

Əvvəlki turların nəticəsinə görə Ş.Məmmədyarov 5, V.Durarbəyli 4,5 xal toplayıb.

"Masters" turnirində 241 şahmatçı, o cümlədən 116 qrossmeyster iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.