İDMAN


Şahmatçılarımız Paralimpiadada çıxışlarını başa vurublar

Bakı, 28 noyabr, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə keçirilən onlayn Paralimpiadanın seçmə mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sonuncu turda Argentina yığmasına 1:3 hesabı ilə məğlub olan komandamız yarışda çıxışını başa vurub. Yığmamızın heyətində Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov və Nadejda Belyayeva mübarizə aparıblar.

Qeyd edək ki, fiziki məhdudiyyətli şahmatçılar arasında keçirilən yarışın seçmə mərhələsində 45 ölkədən 61 komanda iştirak edib. Paralimpiadanın yarımfinalına “Rusiya 1”, “Ukrayna 3”, “Polşa 1” və “Rusiya 2” komandaları vəsiqə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.