İDMAN


Şahmatçılarımız Türkiyə komandası ilə dostluq görüşündə daha iki turu qələbə ilə başa vurublar

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşünün ikinci günündə komandamız uğurlu çıxışını davam etdirib.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə iki partiyanın oyunlarında üstünlüyü ələ alan yığmamız, daha iki turu qələbə ilə başa vurub. Dörd turun nəticəsində şahmatçılarımız qardaş ölkənin komandasına 16,5:7,5 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, reqlamentə görə, hər partiyaya 15 dəqiqə vaxt verilir və hər gedişə 5 saniyə əlavə olunur. Turnirə avqustun 10-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.