İDMAN


Şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasına böyük hesablı qələbə ilə başlayıblar

Bakı, 29 iyul, AZƏRTAC

Bu gün Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası start götürüb.

AZƏRTAC xəbər verir ki, birinci turun oyunlarında kişilərdən ibarət komandamız (Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov) Əlcəzair, qadın şahmatçılarımız isə (Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva) Birləşmiş Ərəb Əmirliklərinin yığmaları ilə üz-üzə gəliblər. Hər iki komandamız rəqiblərini böyük hesablı qələbə (4:0) ilə məğlub edib.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparacaqlar.

İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.