İDMAN


Şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayırlar

Bakı, 29 iyul, AZƏRTAC

Bu gün Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasının birinci turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov yer alıblar. Qadın şahmatçılardan ibarət yığmanın heyətinə isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva daxildir. Bu gün keçiriləcək birinci turun oyunlarında kişilərdən ibarət komandamız Əlcəzair, qadın şahmatçılarımız isə Birləşmiş Ərəb Əmirliklərinin yığmaları ilə üz-üzə gələcəklər.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparacaqlar.

İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq yarış avqustun 9-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.