İDMAN


Şahmatçılarımız “Yaz festivalı”na uğurla başlayıblar

Bakı, 10 aprel, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə şahmat üzrə “Yaz festivalı” start götürüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarının qatıldıqları turnirin artıq ilk turunun oyunları keçirilib. Yarışda təmsilçilərimiz ilk partiyaları məğlubiyyətsiz başa vurublar. Belə ki, Vüqar Əsədli ukraynalı Boqdan Borsos, Nail Bəşirli isə macarıstanlı David Tranı məğlub edib. Zaur Bayramov isə rusiyalı Artyom Timofeyevlə heç-heçə edib.

İkinci turda V.Əsədli Hindistan təmsilçisi Şantanu Bhambure, N.Bəşirli bu ölkənin digər idmançısı Sundar Şyam, Z.Bayramov isə erməni Aram Hakopyan ilə qarşılaşacaq.

Turnirdə 36 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.