İDMAN
Şahmatçılarımızdan “Masters” turnirində iki qələbə, bir məğlubiyyət
Bakı, 23 yanvar, AZƏRTAC
“Gibraltar International Chess Festival 2020” festivalının Azərbaycan şahmatçılarının da iştirak etdiyi “Masters” turnirinin ikinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz Şəhriyar Məmmədyarov İngiltərədən olan Stephen Gordon, Vasif Durarbəyli almaniyalı Elizabet Paehtzə qalib gəlib. Digər təmsilçimiz Günay Məmmədzadə isə rusiyalı Mixail Kobaliaya məğlub olub. Ş.Məmmədyarov və V.Durarbəylinin 2, G.Məmmədzadənin isə 1 xalı var.
Qeyd edək ki, “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb ki, onlardan da 116-sı qrossmeysterdir. Turnirin reytinq favoriti təmsilçimiz Ş.Məmmədyarovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]