İDMAN


Şahmatçılarımızdan dünya kubokunda 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət

Bakı, 13 iyul, AZƏRTAC

Rusiyanın Soçi şəhərində start götürən dünya kubokunda Azərbaycan şahmatçıları mübarizəyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, kişilərin yarışında yüz iyirmi səkkizdəbir final mərhələsindən Vasif Durarbəyli mübarizəyə qoşulub. V.Durarbəylinin bu mərhələdə Finlandiyanı təmsil edən Dmitri Sklyarovla qarşılaşması heç-heçə ilə başa çatıb. Kişilərin yarışında Şəhriyar Məmmədyarov və Nicat Abasov altmış dörddəbir final mərhələsindən mübarizəyə başlayacaqlar.

Qadınların yarışına gəlincə, altmış dörddəbir finalda Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez ilə heç-heçə edib, Gülnar Məmmədova estoniyalı Mai Narvaya qalib gəlib, Ülviyyə Fətəliyeva isə hindistanlı Raut Padminiyə uduzub.

Qadınların yarışında dördüncü təmsilçimiz, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə mübarizəyə otuz ikidəbir final mərhələsindən qoşulacaq.

Qeyd edək ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.