İDMAN


Şahmatçılarımızın beynəlxalq şahmat festivalında mübarizəsi davam edir

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da “Gibraltar International Chess 2020” beynəlxalq şahmat festivalının “Masters” turnirində altıncı turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Çopra Aryan, Vasif Durarbəyli ispaniyalı Karlos Ibarra Jerez Jose ilə görüşəcəklər.

Cəbəllütariqdə keçirilən beynəlxalq turnirin ötən beş turunda hər iki şahmatçımız 3,5 xal toplayıb. V.Durarbəyli bu nəticə ilə turnir cədvəlinin 21-ci, Ş.Məmmədyarov isə 26-cı pillələrində qərarlaşıblar.

“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.