İDMAN


Şahmatçımız “Australian Open-2018”də gümüş medal qazanıb

Bakı, 31 dekabr, AZƏRTAC

Avstraliyanın Eşvud şəhərində keçirilən “Australian Open-2018” şahmat turniri bu gün başa çatıb.

AZƏRTAC xəbər verir ki, 167 şahmatçının mübarizə apardığı turnirdə 9 turdan 7,5 xal yığan Azərbaycan şahmatçısı Kənan İzzət gümüş medal qazanıb. Onunla eyni xalı bölüşən avstraliyalı Temur Kuybokarov isə turnirin qalibi olub. 3-cü yeri 7 xalla Avstraliyanın digər təmsilçisi Justin Tan tutub.

Qeyd edək ki, yarış dekabrın 27-də start götürmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.