İDMAN


Şahmatçımız Avropa çempionatında liderlər qrupundadır

Bakı, 17 aprel, AZƏRTAC 

Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının yeddinci turunun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarından Ülviyyə Fətəliyeva liderlər qrupundadır. Ötən turu qələbə ilə başa vuran Ü.Fətəliyeva 4,5 xalla 3-14-cü yerləri bölüşür.

Digər təmsilçilərimizdən Zeynəb Məmmədyarova (3 xal), Gövhər Beydullayeva (3,5 xal), Nərmin Söyünlü (3 xal) altıncı turu qələbə ilə başa vurublar. Türkan Məmmədyarova (3,5 xal), Gülnar Məmmədova (3,5 xal), Günay Məmmədzadə (4 xal) heç-heçə ediblər, Xanım Balacayeva (4 xal), Xəyalə Abdulla (3 xal), Fidan Ağasıyeva (2,5 xal) məğlub olublar. Altı turdan sonra 5,5 xal toplayan rusiyalı şahmatçı Alina Kaslinskaya turnir cədvəlinə başçılıq edir.

On bir turdan ibarət yarışda 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Ölkəmizi yarışda 10 şahmatçı təmsil edir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).

Ümumi mükafat fondu 60 min avro olan turnirə aprelin 21-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.