İDMAN


Şahmatçımız Avropa çempionatının rapid yarışlarında gümüş medal qazanıb

Bakı, 7 dekabr, AZƏRTAC

Estoniyanın paytaxtı Tallinndə rapid üzrə Avropa çempionatında şahmatçımız uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, ölkəmizi qitə çempionatında təmsil edən Rauf Məmmədov 10,5 xal toplayaraq gümüş medal qazanıb. Digər şahmatçımız Qədir Hüseynov isə 10 xalla 7-ci sırada qərarlaşıb.

İki gün davam edən turnirdə 34 ölkədən 474 şahmatçı iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.