İDMAN


Şahmatçımız Aydın Süleymanlı qələbələr seriyasını davam etdirir

Bakı, 25 aprel, AZƏRTAC

Monteneqronun Nikşiç şəhərində keçirilən turnirdə Azərbaycan şahmatçısı Aydın Süleymanlı qələbələr seriyasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, şahmatçımız turnirin ikinci və üçüncü turlarında da inamla mübarizə apararaq rəqiblərinə şans verməyib. Üç turda ardıcıl qələbə qazanan şahmatçımız turnir cədvəlində liderdir.

Beşi qrossmeyster olmaqla 16 şahmatçının iştirak etdiyi yarış mayın 4-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.