İDMAN
Şahmatçımız Azər Mirzəyev “Fəcr kuboku” turnirində növbəti qələbəsini qazanıb
Bakı, 9 fevral, AZƏRTAC
Tehranda keçirilən 27-ci “Fəcr kuboku” şahmat festivalında “Masters” turnirinin altıncı turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Azər Mirzəyev növbəti qələbəsini İran təmsilçisi Şahpasand Farşad Samareh üzərində qazanıb. Bununla da şahmatçımız xallarının sayını 4,5-ə çatdırıb. Onu bu nəticə ilə turnir cədvəlinin liderindən cəmi 1 xal ayırır. Şahmatçımızın növbəti rəqibi ukraynalı Yuri Kuzubov olacaq.
Yarışda 21 ölkədən 128 şahmatçı (18 qrossmeyster) mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət “Masters” turnirinə fevralın 11-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]