İDMAN
Şahmatçımız Bolqarıstanda “A” turnirində ilk altılığa yüksəlib
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan şahmatçısı Kənan Qarayevin də qatıldığı 41-ci açıq Bolqarıstan çempionatında altıncı turun oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Plovdiv şəhərində təşkil olunan və 13 ölkədən 90 şahmatçının iştirak etdiyi yarışın “A” turnirində təmsilçimiz inamlı çıxışını davam etdirir. Ötən turda rumıniyalı idmançı Viktor Vasiesiu üzərində qələbə qazanan şahmatçımız xallarının sayını 4,5 xala çatdıraraq turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Kənan Qarayev yeddinci turda yerli idmançı Spas Kozhuharovla qarşılaşacaq.
Turnir cədvəlinə 5,5 xalla Vyaçeslav Tiliçeyev liderlik edir.
İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə fevralın 10-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]