İDMAN


Şahmatçımız Gülnar Məmmədova Avropa çempionatında ilk qələbəsini qazanıb

Bakı, 12 aprel, AZƏRTAC

Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının birinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycanı təmsil edən şahmatçılardan yalnız Gülnar Məmmədova birinci turda qələbə qazanıb. Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xəyalə Abdulla isə birinci turu heç-heçə başa vurublar. Digər şahmatçılarımız isə məğlubiyyətə uğrayıblar.

Aprelin 12-də ikinci turun oyunları keçiriləcək.

On bir turdan ibarət yarışda ümumilikdə 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).

Ümumi mükafat fondu 60 min avro olan turnirə aprelin 21-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.