İDMAN


Şahmatçımız İspaniyada keçirilmiş beynəlxalq turnirdə səkkizinci olub

Bakı, 8 dekabr, AZƏRTAC

İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən 9-cu - son turda Azərbaycan təmsilçilərinin hər üçü - Məhəmməd Muradlı, Eltac Səfərli və Aydın Süleymanlı rəqibləri ilə heç-heçə ediblər. Şahmatçılarımızdan ən yaxşı nəticəni M.Muradlı əldə edib. Belə ki, liderdən cəmi yarım xal geri qalan şahmatçımız 6,5 xalla 8-ci yerdə qərarlaşıb. Digər təmsilçilərimiz – E.Səfərli 6 xalla 14-cü, A.Süleymanlı 5,5 xalla 34-cü olublar.

Turnir İsveçrə sistemi üzrə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.