İDMAN


Şahmatçımız İspaniyadakı beynəlxalq turnirdə növbəti dəfə heç-heçə edib

Bakı, 17 aprel, AZƏRTAC 

İspaniyada azərbaycanlı şahmatçının da iştirak etdiyi beynəlxalq turnir davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin beşinci turunda qrossmeysterimiz Azər Mirzəyev növbəti dəfə heç-heçəyə imza atıb. Ötən turda onun rəqibi Fransa təmsilçisi Pierre Barbot olub. Dördüncü turda şahmatçımız rusiyalı Yevgeni Qleizerovla xalı yarı bölüb.

Qeyd edək ki, beş turdan sonra hesabında 4 xal olan şahmatçımız turnir cədvəlində yeddinci pillədədir. Altıncı turda idmançımız ispaniyalı şahmatçı Oma Garcia Blanco ilə qarşılaşacaq.

İsveçrə üsulu ilə keçirilən turnir aprelin 20-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.