İDMAN


Şahmatçımız “Masters” turnirinin liderlər qrupunda mübarizə aparır

Bakı, 24 yanvar, AZƏRTAC

Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirində şahmatçımız ardıcıl 3-cü qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Vasif Durarbəyli üçüncü turda yunanıstanlı Vasilios Kotroniası məğlub edərək aktivinə daha bir xal yazdırıb. Şəhriyar Məmmədyarov isə növbəti rəqibi fransalı Jules Moussardla heç-heçə edib. Üç turdan sonra V.Durarbəyli maksimum xalla liderlər qrupunda mübarizə aparır. Ş.Məmmədyarov isə 2,5 xal toplayıb.

“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.