İDMAN


Şahmatçımız Rauf Məmmədov “Airthings Masters” turnirində mübarizəyə başlayır

Şahmatçımız Rauf Məmmədov “Airthings Masters” turnirində mübarizəyə başlayır

Bakı, 6 fevral, AZƏRTAC

Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsinin birinci divizionunda mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, 35 yaşlı qrosmeyster dörddəbir finalda ABŞ təmsilçisi Uelsli So ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Tərəflər dörd görüş keçirəcəklər. Qalib növbəti raundda Qukeş Dommaraku (Hindistan) - Hikaru Nakamura (ABŞ) duelinin güclüsü ilə qarşılaşacaq.

Dörddəbir finalda, həmçinin Maqnus Karlsen rusiyalı Aleksey Sarana, İran əsilli Alireza Firuzca digər hindistanlı Arcun Eriqaisi ilə oynayacaq.

Qeyd edək ki, “Airthings Masters” fevralın 10-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.