İDMAN


Şahmatçımız Şəhriyar Məmmədyarov “Chessable Masters” yarışında mübarizə aparacaq

Bakı, 18 may, AZƏRTAC

Mayın 19-da şahmat üzrə nüfuzlu Çempionlar turu çərçivəsində onlayn formatda “Chessable Masters” yarışı start götürəcək.

AZƏRTAC xəbər verir ki, 16 şahmatçının qatılacağı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Ş.Məmmədyarovdan başqa, turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, Tari Aryan (Norveç), Vey Yu, Dinq Liren (Çin), Samuel Şenkland, Mişra Abhimanyu (ABŞ), David Guizarro (İspaniya), Rameşbabu Praqnanandha, Pentala Harikrişna, Qucarati (Hindistan), Cons Gevane (İngiltərə), Yorden Van Forrest, Aniş Giri (Niderland), Niels Qrandelius (İsveç) və kanadalı Erik Hansen iştirak edəcəklər.

Şahmatçılar əvvəlcə dairəvi sistem (qələbə 3 xal, heç-heçə 1 xal) üzrə mübarizə aparacaqlar. Yekun nəticədə, 8 ən güclü şahmatçı nokaut sistemi üzrə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanacaq.

Turnir mayın 26-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.