İDMAN
Şahmatçımız Teymur Rəcəbov “Grand Chess Tour” yarışının ikinci mərhələsinin blits turnirində mübarizə aparacaq
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin blits turniri start götürür.
AZƏRTAC xəbər verir ki, şahmatçımız bu gün 9 turda mübarizə aparacaq. Belə ki, T.Rəcəbov Alireza Firuzca (FIDE), Uesli So (ABŞ), Yan Nepomnyaşı (Rusiya), Fabiano Karuana (ABŞ), Riçard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Peter Svidler (Rusiya), Levon Aronyan (Ermənistan) və Vladimir Kramnik (Rusiya) ilə mübarizə aparacaq.
Qeyd edək ki, iyunun 18-20-də “Grand Chess Tour”un ikinci mərhələsinin rapid yarışları keçirilib. Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]