İDMAN


Şahmatçımız növbəti heç-heçəyə imza atıb

Bakı, 14 iyun, AZƏRTAC

Rusiyanın Poykovski qəsəbəsində təşkil edilən şahmat üzrə ənənəvi Anatoli Karpov turnirində səkkizinci turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, XII dünya çempionu Anatoli Karpovun təşəbbüsü ilə təsis olunan və 2000-ci ildən keçirilən ənənəvi turnirdə ölkəmizi Rauf Məmmədov təmsil edir. Ötən turda xorvatiyalı şahmatçı İvan Şariçlə mübarizə aparan idmançımız yeddinci dəfə heç-heçə edərək aktivinə 0,5 xal əlavə edib. Turnirdə yeddi turdan 3,5 xal toplayan R.Məmmədov rusiyalı şahmatçı Dmitri Yakovenkodan 1 xal geri qalaraq, 2-9-cu yerləri bölüşür.

Raufun növbəti rəqibi rusiyalı şahmatçı Andrey Yesipenkodur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.