İDMAN


Şahmatçımız vaxtından əvvəl Avropa çempionluğunu qazanıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında Azərbaycan şahmatçısı Uğur İlyaslı vaxtından əvvəl çempionluğu özü üçün təmin edib.

AZƏRTAC xəbər verir ki, 18 yaşlı oğlanların yarışında 7,5 xal toplayan Azərbaycan şahmatçısı ən yaxın izləyicisini 1,5 xal qabaqlayır. Bununla da şahmatçımız oyunların başa çatmasına 1 tur qalmış birinci pilləni özü üçün təmin edib. On altı yaşlı qızların yarışında Ayan Allahverdiyeva 6,5 xalla 1-2-ci yerləri bölüşür. Mələk İsmayıl (18 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar) öz yaş qruplarında liderdən cəmi yarım xal geridədirlər. On yaşlı şahmatçıların turnirində mübarizə aparan Səadət Bəşirli 6 xalla 2-6-cı yerləri bölüşür.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.