DÜNYA


Şahzadə Uilyam: İngiltərə və Pakistan qlobal fəlakətin qarşısını almaq üçün birgə çalışacaqlar

İslamabad, 18 oktyabr, АZƏRTAC

Pakistanda rəsmi səfərdə olan İngiltərə şahzadəsi Uilyam və xanımı Keyt Middlton Broqil Milli parkındakı Çiatibo buzlağının ətəyinə baxıblar.

AZƏRTAC xəbər verir ki, qonaqlar qlobal istiləşmə nəticəsində buzlağın həcminin xeyli azaldığının şahidi olublar.

Onlara bildirilib ki, Şimali Pakistanın dağ massivindəki buzlaqlar 1,6 milyard insanı su ilə təmin edir. Qeyd edilib ki, bu ərazidə 5 mindən çox buzlaq var. Bunların çoxu iqlim dəyişkənliyi nəticəsində əriməyə başlayıb. Belə ki, Çiatibo buzlağı hər il təxminən 32 fut (10 metr) geri çəkilir.

Şahzadə Uilyam deyib ki, İngiltərə və Pakistan qlobal fəlakətin qarşısının alınması üçün birgə çalışacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.