DÜNYA


Şahzadənin toyu Britaniya iqtisadiyyatına 680 milyon dollar gəlir gətirə bilər

Bakı, 12 may, AZƏRTAC

Britaniyanın içki və qəlyanaltı ilə məşğul olan kompaniyaları şahzadə Harri və amerikalı aktrisa və fotomodel Meqan Marklın toyu mövzusunda məhsullar istehsal etməyə başlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “şahzadə Harri və miss Meqan Marklın toyunun şərəfinə. Müqəddəs Georgi kilsəsi” sözləri yazılmış peçenyelər satışa çıxarılıb. Toy mərasiminin keçiriləcəyi Vindzor qəsri yaxınlığında yerləşən pivə zavodu isə artıq “Vindzor bağları” adlı məhsul istehsal edir.

Ekspertlərin fikrincə, təkcə içki və qəlyanaltılar Britaniya iqtisadiyyatına əlavə olaraq azı 80 milyon funt sterlinq (108 milyon dollardan çox) gəlir gətirəcək. “Brand Finance” konsaltinq kompaniyasının ilkin hesablamalara görə isə şahzadənin toyu ümumilikdə Birləşmiş Krallığın iqtisadiyyatını ən azı 500 milyon funt sterlinq (680 milyon dollar) zənginləşdirə bilər.

Mütəxəssislər gəlirlərin əsas hissəsini turistlərin, əsasən də ABŞ-dan gələn qonaqların axınında görür. Həmin günlərdə təkcə Vindzor qəsrinə 50 mindən çox amerikalının, ümumilikdə isə Birləşmiş Krallığa 350 min xarici turistin gələcəyi gözlənilir.

“Brand Finance” kompaniyasının hesablamalarına görə, turizmdən, nəqliyyat xidmətindən istifadədən və otel otaqlarının kirayəsindən 200 milyon funt sterlinq (270 milyon dolar) gəlir əldə ediləcək. Harri və Meqanın toyu ilə əlaqədar xüsusi bayram tədbirləri 150 milyon funt sterlinqə, toy üçün istehsal olunan xatirə suvenirlərinin alınması isə 50 milyon funt sterlinqə (68 milyon dollar) başa gələcək.

Şahzadə Harri və Meqan Marklın toy mərasimi mayın 19-da Vindzor qəsrinin – kraliça II Elizabetin şəhərkənarı iqamətgahının ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.