İQTİSADİYYAT


“Şair Vaqif” universal quru yük gəmisi əsaslı təmir olunub

Bakı, 16 avqust, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus, xarici sularda istismar olun “Şair Vaqif” universal quru yük gəmisi Ukraynanın “Çernomorsk ISRZ” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, iyulun 3 –dən avqustun 12-dək həyata keçirən işlər çərçivəsində gəminin avar-sükan kompleksi, baş mühərrikləri, separatorları, o cümlədən yanacaq, radionaviqasiya və xilasetmə sistemləri təmir edilib.

Bundan əlavə, gəminin bütün avtomatlaşdırılmış idarə sistemlərinin təmiri istiqamətində də ciddi işlər görülüb. Belə ki, F-3000 yanğın siqnalizasiyası, SDS-48 tüstü siqnalizasiyası, SEMCO lokal yanğınsöndürmə sistemi, qəza dizel generatoru və separatorlarının təmiri də həyata keçirilib. Gəmi təmirdən sonra yenidən istismara qaytarılıb.

Qeyd edək ki, “Şair Vaqif” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33 metr, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.