MƏDƏNİYYƏT


Şair-publisist Elxan Cəfərovun “Tanrım, sənin qulunam mən” kitabının təqdimatı olub

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Cəfərovun “Tanrım, sənin qulunam mən” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab Qarabağ savaşlarında şəhid olmuş igidlərimizə, qazilərimizə və döyüşçülərimizə həsr edilib.

Təqdimat mərasimində Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, kitabın birinci fəslində şeirlər, ikinci fəslində isə Azərbaycan və rus dillərində publisistik məqalələr dərc olunub: “Şairin şeirlərinin böyük bir qisminin Birinci Qarabağ müharibəsi dövründə yazılmasına baxmayaraq, onlar əhəmiyyətliliyini saxlamaqda yenə də aktualdır. Burada müharibənin tarixi yaddaşımızdan silinməməsi, mənfur düşmənlərin bizə qarşı apardığı çirkin siyasətinin unudulmaması məqsədilə real hadisələr vəsf edilib. Toplumun ikinci fəslində xalqımızın milli təfəkkürünün intibahına təsir göstərən tanınmış şəxsiyyətlərin yaradıcılığına dair məqalələr yer alıb”.

Müəllifi nəğməkar şair adlandıran Ç.Abdullayev qeyd edib ki, şeirlərində olan axıcılıq və ahəngdarlığına görə tanınmış bəstəkarlar və müğənnilər tərəfindən onun sözlərinə mahnılar bəslənilib.

Daha sonra kitabın müəllifi çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.