MƏDƏNİYYƏT


Şair-publisist haqqında yeni kitab - “Haçandı görüşmürük”

Bakı, 10 sentyabr, AZƏRTAC

Bu günlərdə jurnalist Sevda Əlibəylinin “Haçandı görüşmürük” kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitab uzun illər Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalında çalışmış, poeziyada özünəməxsus orijinal dəst-xətti olan şair-publisist Allahverdi Məmmədli haqqındadır. Nəşrdə şairin dostlarının, yaxın tanışlarının onun haqqında yazdığı xatirələr də yer alıb.

Müəllif kitab haqqında fikirlərini bölüşərək deyib: “Bu ömrün “kitab”ını rahatlıqla yaza bilmədim. Etiraf edirəm ki, dərin təfəkkür, özünəməxsus qələm sahibi haqqında fikir yürütmək çətin oldu mənə. Yazı-pozu adamları, yəqin ki, başa düşərlər – tanıdığın, sevdiyin insanlar haqqında söz demək, fikirlərini ürəyin istəyən kimi ifadə etmək hər zaman çətin olub. Amma ömür yolu və yaradıcılığı haqqında yazılacağı, arxivindəki əlyazmaların kitablarda çap olunacağı günlərə tam əminliklə ümidliyəm. Onsuz da bir kitaba sığası ömür yaşamayıb Allahverdi Məmmədli”.

Nəşrin rəyçiləri Xalq şairi Fikrət Qoca, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Novruz Nəcəfoğlu, Ağamir Cavad, Azərbaycan Jurnalistlər Birliyinin üzvləri İsaq Əmənullayev, Hacı Mehman Fərzullayevdir.

İnanırıq ki, “Bakı mətbəəsi”ndə nəfis tərtibatla işıq üzü görən 288 səhifəlik bu kitab nəinki şair-publisist Allahverdi Məmmədlini tanıyanların, həm də sözə, poeziyaya dəyər verənlərin marağına səbəb olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.