MƏDƏNİYYƏT
Şairə Nurəngiz Günün anadan olmasının 80 illiyi qeyd ediləcək
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Musiqili Teatrda şairə Nurəngiz Günün anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tanınmış ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə Nurəngiz Günün həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına töhfələrindən danışılacaq. Həmçinin sevilən müğənnilərin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səsləndiriləcək.
Qeyd edək ki, ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Günün şeirlərində qəm və kədər notları üstünlük təşkil edib. Şeirlərindəki həmin motivlər, təbii ki, xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlanırdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açmışdı. Onun “Xocalı simfoniyası” bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 19.04.2024 [10:52]