DÜNYA


Sakarya vilayətinin valisi: Partlayışın baş verdiyi fabrikdən indiyədək on yaralı çıxarılıb

İstanbul, 3 iyul, AZƏRTAC

Hendek rayonundakı fabrikin yerləşdiyi ərazinin yaxınlığında bütün təhlükəsizlik tədbirləri görülüb. Bölgəyə axtarış-xilasetmə, yanğınsöndürmə və tibb briqadaları cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Sakarya vilayətinin valisi Çetin Oktay Kaldırım ölkədə pirotexniki vasitələrin istehsal olunduğu ən böyük fabrikdə baş verən partlayışla bağlı açıqlamasında deyib.

Vali qeyd edib ki, partlayış baş verən zaman müəssisədə 150-200 işçi olub. İndiyədək on nəfər yaralı fabrik binasından çıxarılıb. Hazırda partlayışlar davam edir.

Qeyd edək ki, hadisənin araşdırılması üçün Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca, Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selçuk hadisə yerinə yola düşüblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.