REGİONLAR


Sakinlərə tibbi maska paylanılır

Şamaxı, 9 aprel, AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, Şamaxı rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aparatın əməkdaşları, habelə könüllülər ərzaq mağazalarında sahibkarlar və sakinlərlə karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirici söhbətlər aparır, ticarət obyektlərində sanitar-gigiyenik tələblərin yerinə yetirilməsi səviyyəsi ilə maraqlanır, vətəndaşların mağazalara növbəlilik əsasında və əllərinin spirtlə dezinfeksiya edildikdən sonra daxil olmalarına, tibbi maska və əlcəkdən istifadə etmələrinə nəzarət edilib. Habelə, rayon icra hakimiyyətinin təşəbbüsü ilə hazırlanan tibbi maskalar mağaza və küçələrdə sakinlərə paylanılır.

Hər yerdə vətəndaşlara bir daha xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılır, özlərinin və yaxınlarının müəyyən olunan qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.