İQTİSADİYYAT
Sakit Okean Alyansı 10-cu ildönümünü qeyd edib
Bakı, 30 aprel, AZƏRTAC
Sakit Okean Alyansı 10-cu ildönümünü qeyd edib. Alyans Latın Amerikasının 4 ölkəsindən – Çili, Kolumbiya, Meksika və Perudan ibarət regional inteqrasiya təşəbbüsüdür. Alyans Asiya-Sakit okean regionuna diqqət yetirərək, dünyaya baxış və iqtisadi, ticari ifadələrinin platforması kimi fəaliyyət göstərir. Tez bir zamanda, əmlak, xidmət, kapital və insanların sərbəst dövriyyəsinin mütərəqqi inkişafı vasitəsilə Amerika kontinentlərdə regional əməkdaşlığın yeni bir formasının əsasına çevrilib.
Meksikanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Sakit okean Alyansının 2019-cu ildən etibarən Azərbaycan da daxil olmaqla, 59 müşahidəçi üzvü var. Bu mexanizmin əhəmiyyəti üzv ölkələr və regionları ilə ticari əlaqələrini gücləndirmək istəyən vacib beynəlxalq iştirakçılar tərəfindən tanınır. Bununla belə, Avstraliya, Kanada, Cənubi Koreya, Ekvador, Yeni Zelandiya və Sinqapur bu Latın Amerikası regional inteqrasiya blokuna tərəfdaş ölkələr qismində qoşulmaq prosesindədir.
2021-ci ildə Sakit okean Alyansına müvəqqəti sədrlik edən ölkə - Kolumbiya səfirliyinin təşkilatçılığı ilə ADA Universitetində 10-cu ildönümünə həsr edilmiş konfrans keçirilib. Sakit okean Alyansı ölkələrinin diplomatik nümayəndəliklərinin başçıları, eyni zamanda, Azərbaycan Hökumətinin nümayəndələri çıxışlarında alyansın regional və beynəlxalq əhəmiyyəti, ticari-iqtisadi əlaqələrin inkişafına töhfəsi, əməkdaşlığı, həmçinin Sakit okean Alyansı ilə Azərbaycan arasında münasibətlərin inkişafını qeyd ediblər.
Meksika səfiri Rodriqo Labardini vurğulayıb ki, Sakit Okean Alyansı üzv ölkələrinin Azərbaycanla olan beynəlxalq ticarəti son illər ərzində, ələlxüsus səfirliklərin açılması ilə - Kolumbiya 2014-cü, Meksika 2014-cü və Çili 2018-ci illərdə - əhəmiyyətli dərəcədə artıb. 2015-2020-ci illərdə Sakit Okean Alyansının üzvləri ilə Azərbaycan arasında ikitərəfli ticarətin orta göstəricisi, səfirliklərin açılmasından iyirmi il öncəki (1995-2014) göstərici ilə müqayisədə 10 dəfəyədək artıb.