DÜNYA


Sakit Okeanın dibində 39 yeni heyvan növü tapılıb

Bakı, 29 iyul, AZƏRTAC

Böyük Britaniyanın “Daily Mail” qəzetinin yaydığı məlumata görə, alimlər Mərkəzi Sakit Okeanda elm üçün potensial olaraq yeni hesab edilən 39 heyvan növü aşkar ediblər.

Uzaqdan idarə olunan sualtı aparat Mərkəzi Sakit Okeanın Klarion-Klipperton zonasının uçurum düzənliklərindən toplanmış nümunələri səthə çıxarmağa imkan verib. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu, alimlərə dəniz səviyyəsindən 3100 metrdən 5100 metrədək dərinlikdə yaşayan orqanizmlər barədə daha yaxşı təsəvvür yaratmağa imkan verib.

Əvvəllər bu ərazidən olan heyvanlar yalnız okean dibinin fotoşəkillərindən öyrənilirdi. Maraqlıdır ki, aşkar edilmiş 55 nümunədən 48-i müxtəlif növlərə aid idi və 48 nümunədən yalnız 9-u elmə məlum idi.

Toplanmış nümunələrə milşəkilli dəniz ulduzları, lalə şəkilli dəniz süngərləri, dəniz kirpiləri və bir çox dəniz onurğasızları daxildir. Bu yaxınlarda aşkar edilmiş və dərin dənizdə yaşayan növlərdən biri holoturianlar sinfindən olan “Psychropotes longicauda”dır.

“Təəssüf ki, bu canlıların DNT məlumatları olmadan biz onları düzgün identifikasiya edə və neçə müxtəlif növ olduğunu başa düşə bilmirik. Ona görə də əlavə araşdırmalara ehtiyac var”, - deyə alimlər qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.